Naməlum şəxslər İranın Sistan və Bəlucistan vilayətlərində seçki qutularını daşıyan avtomobilə atəş açıblar. Bu barədə 29 iyun tarixində Report məlumat verib.
Hücum nəticəsində təhlükəsizlik xidmətinin 2 işçisi həlak olub.
İranın “Press TV” telekanalının məlumatına görə, hadisə zamanı daha 5 nəfər yaralanıb. Öz növbəsində, “Fars” agentliyi hücumdan sonra bülletenlərin səslərin sayıldığı vilayət qubernatorluğuna aparıldığını bildirib.
İran ərazisində fəaliyyət göstərən silahlı qruplaşmaların heç biri hücuma görə məsuliyyəti üzərinə götürməyib.