Dünən gecə saatlarında İsmayıllı rayonunda bıçaqlanma hadisəsi olub. Bu barədə İnsanoid DİN-in Mətbuat Xidmətinə istinadən bu gün, 3 iyun tarixində xəbər verir.
31 yaşlı Mərhəmət Quliyev aralarında yaranan mübahisə zəminində 39 yaşlı Namiq İbrahimova bıçaqla xəsarət yetirib.
Faktla bağlı araşdırma başlanıb, izahatlar alınıb və xəsarətlə bağlı ekspertiza təyin olunub.