Paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsində 27 yaşlı Adil Talıbovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Bu barədə İnsanoid DİN-in Mətbuat Xidmətinə istinadən bu gün, 19 iyun tarixində xəbər verir.
Cinayət əməlini törətməkdə şübhəli bilinən 25 yaşlı Mətləb Süleymanlı polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.
İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.
Qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb.
Araşdırma aparılır.