Bakının Nəsimi rayonunda gənc oğlan çoxsaylı bıçaq xəsarətləri alaraq ölüb. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 26 iyun tarixində xəbər verir.
Hadisə metronun Memar Əcəmi stansiyasının yaxınlığında qeydə alınıb.
Belə ki, 21 yaşlı Nicat Məmmədov tanışı ilə əlbəyaxa dava edib. Dava zamanı tanışı Nicatın qarın nahiyəsinə çoxsaylı bıçaq zərbələri vurub. N. Məmmədov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunun və Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb ediliblər.
Hadisə ilə bağlı cinayət işi başlanılıb.