Bu gün Moskvada təxribat nəticəsində Rusiya Silahlı Qüvvələri Baş Qərargahının peyk rabitəsi üzrə rəis müavini Andrey Torqaşov ayağının bir hissəsini itirib. Bu barədə 24 iyul tarixində APA xarici KİV-yə istinadən məlumat verib.
Belə ki, Moskvanın şimalında “Toyota Land Cruiser” avtomobilinin partlaması nəticəsində kişi və həyat yoldaşı yaralanıblar. Partlayış onlar avtomobilin içərisinə əyləşdiyi zaman baş verib.
Müstəntiqlər avtomobilin partladılmasını adam öldürməyə cəhd kimi qiymətləndiriblər. Hadisənin partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verdiyi bildirilib.
Faktla bağlı Rusiya İstintaq Komitəsi cinayət işi açıb.
[playlist type="video" tracklist="false" ids="186751"]