Omanın paytaxtı Maskatda məscid yaxınlığında atəş açılması nəticəsində 4 nəfər ölüb, bir neçə nəfər yaralanıb. Bu barədə 16 iyul tarixində Report məlumat verib.
Oman polisinin bəyanatında insidentlə bağlı əlavə təfərrüatlar verilməsə də, bəzi məlumatlarda azı bir hücum edənin avtomatik tüfənglə atəş açdığı bildirilir.
Polis araşdırmalarını davam etdirir.
Qeyd edək ki, Oman Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Yəmənlə həmsərhəddir. Əksəriyyəti müsəlman olan ölkədə belə hücumlar nadir hallarda baş verir.