Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Nurlan Tapdıqovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Nurlan
Tapdıqov 3 il 1 ay 8 gün müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 6 dekabr 2023-cü il tarixdə, saat 23 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, "Nar bağları" adlanan ərazidə qeydə alınıb.
Belə ki, zərərçəkmiş Kamal Həsənov tanışı, 2001-ci il təvəllüdlü Nurlan Tapdıqovu görüşə çağırıb. Buna səbəb isə təqsirləndirilən şəxsin onun tanışı olan qıza "TikTok"da mesaj yazması olub. Görüş zamanı Kamal beysbol dəyənəyi ilə ona qəsdən bir neçə dəfə zərbə vurub. Bu zərbələrdən sonra Nurlan hadisə yerinə gəldiyi avtomobilin salonunda saxladığı bıçağı götürərək, Kamalı bıçaqlayıb.
Daha sonra Nurlan Tapdıqov saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib.