Rusiyanın Ukraynaya hava hücumu nəticəsində 20 nəfər ölüb, 50 nəfər yaralanıb. Bu barədə 8 iyul tarixində APA məlumat verib.
Rusiya hərbi aviasiyası səhər saatlarından Ukraynanın Kiyev, Dnepr və Krivoy-Roq şəhərlərinə raket zərbələri endirib.
Nəticədə çoxmərtəbəli yaşayış binasının bir hissəsində dağıntılar əmələ gəlib.
Həyəcan siqnalı ilə əraziyə dərhal təcili yardım və yanğınsöndürmə briqadaları, eləcə də polis əməkdaşları cəlb ediliblər. Atılan raketlərin bir hissəsi isə paytaxtın Şevçenko rayonu ərazisinə düşüb.
Kiyevin üzərini qatı tüstü dumanı bürüyüb.
Dnepr və Krivoy-Roq şəhərləri də aviahücumlara məruz qalıb. Dneprin Aviatorskoye rayonunda raketlərdən biri ölkənin ən iri hava limanlarından birinin yaxınlığına düşüb.
Bununla yanaşı, Solomensk, Dneprovsk və Qoloseyevka rayonları da raket zərbələrinə məruz qalıb.
Bildirilib ki, hücum zamanı, əsasən, “Kinjal” raket sistemlərindən istifadə edilib. Hücumların hazırda da davam etdiyi açıqlanıb.
Ukraynanın Müdafiə Nazirliyi hava hücumundan müdafiə sistemlərinin tam gücü ilə işə düşdüyünü açıqlayıb.