Şabran rayonunda evə basqın olub, ölən və yaralanan var. Bu barədə 24 iyun tarixində Report məlumat verib.
Şabranın "Üç sotlar" yaşayış massivindəki fərdi yaşayış evlərindən birinə basqın olunub.
İlkin ehtimala görə, oğurluq məqsədilə edilən basqın zamanı rayon sakini Hüseynova Gülnarə Şıxkərim qızı öldürülüb. Onun 1966-cı il təvəllüdlü həyat yoldaşı Hüseynov Arif Qaspar oğlu isə ağır bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.