top
Şəmkirdə AİLƏ FACİƏSİ: 4 yaşında üzünə tüpürən kirvəsinin ailəsini DOĞRADI
16 dekabr 2024, 04:34
- +

Şəmkirdə AİLƏ FACİƏSİ: 4 yaşında üzünə tüpürən kirvəsinin ailəsini DOĞRADI

Şəmkirdə 34 yaşlı oğlan uşaq olanda üzünə tüpürən kirvəsinin ailə üzvlərini bıçaqlayıb.

İnsanoid.com-un əldə etdiyi məlumata görə, hadisənin istintaqı Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilib.

Belə ki, 1990-cı il təvəllüdlü Fuad Vəliyev (ad şərtidir) Şəmkir rayonunda anadan olub. O, “Paranoid şizofreniya” psixi xəstəliyindən əziyyət çəkir. Fuad 4 yaşı olanda kirvəsi Natiq Əsgərov (ad şərtidir) və onun digər ailə üzvləri tərəfindən təhqir edildiyini, alçaldığını xəyalına gətirərək, qisas alıb öldürmək qərarına gəlib. Buna görə ötən ilin fevralın 24-də kirvəsigilin evinə gizlin şəkildə daxil olub. Evin yataq otağında yatmış və köməksiz vəziyyətdə olan Natiqin arvadı Sevdanın bədəninin müxtəlif nahiyələrindən 4 dəfə bıçaqlayıb. Daha sonra Sevdanın yanında yatmış nəvəsi, 2014-cü il təvəllüdlü Ravil Əsgərovu (ad şərtidir) isə nənəsinin gözü qarşısında 6 dəfə bıçaqlayıb.

Bu zaman qışqırtı səsinə oyanan Natiq gələrək Fuadın əlindən bıçağı almaq istəyib. Bunu görən Fuad Natiqi də bir neçə dəfə bıçaqlayıb.

Fuad Vəliyev Azərbaycan Respublikası CM-nin 29,120.2.4, 29,120.2.7, 29,120.2.9, 157.1-ci (köməksiz vəziyyətdə olan iki və daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə təqsirləndirilib.

Cinayət işinə məhkəmə baxışı zamanı cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Fuad Vəliyevə baş vermiş hadisənin mahiyyəti üzrə ifadə vermək təklif olunsa da, o, hadisəni xatırlamadığını, ibtidai istinaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirib.

Fuad Əliyevin ibtidai istintaqdakı ifadəsi elan edilib. Onun məhkəmədə tədqiq olunmuş ifadəsindən görünür ki, üç-dörd ildir psixioloji problemləri olduğu üçün müxtəlif vaxtlarda müalicə alıb:

“Hər dəfə başıma gələn hadisənin səbəbini tapmağa çalışırdım. Uşaqlığımda mənə qarşı edilən hərəkətləri fikirləşməyə başladım. 4 yaşımda olanda Natiq, onun arvadı Sevda, oğlu Elvin və Rahibin evlərində olan zaman üzümə tüpürdüklərini xatırladım. Sevdanın mənə “sən küçüksən, nə vaxtsa gözün açılanda biləcəksən ki, mən kiməm” dediyi ağlıma gəldi. Düşündüm ki, bütün problemlərim bu sözdən sonra qaynaqlanıb. Bu səbəbdən Natiq və ailəsindən qisas alıb, onları öldürmək qərarına gəldim.

Rusiyadan gətirdiyim bıçağı götürüb, gecə Natiqgilin evinə getdim. Hasarı aşıb evə girdim. Natiqi və oğlu Rahibi öldürmək istəyirdim. Evə girən zaman gördüm ki, birinci yataq otağında Natiqin arvadı Sevda nəvəsi ilə yatıb. Uşağı Rahibə oxşatdım. Düşündüm ki, onun oğludur. Əlimdə olan bıçaqla Sevdanın başına 2 dəfə vurdum. Daha sonra, Rahibin uşağının başından 2-3 dəfə bıçaqla vurdum. Qışqırıq səsinə gələn Natiq arxadan məni tutub, “Fuad, nə edirsən?” dedi. Səs-küyə Rahibgil gəlib bıçağı məndən aldılar. Mən də evə gəldim. Qardaşım Xudat üstümün qan olduğunu gördü. Əl-qolumu bağlayıb polisə təhvil verdi”.

Məhkəmədə dindirilən zərərçəkmiş Natiq Əsgərov deyib ki, Fuadın ailəsi ilə heç bir düşmənçiliyi olmayıb:

“Fuad mənim böyük oğlum Rahibin uşağının kirvəsidir. Fuad hadisədən bir ay əvvəl bizə gəlmişdi. Onun psixoloji problemləri var idi. Gəncədə müalicə alırdı. Hadisə günü yoldaşımla nəvəm eyni otaqda yatmışdı. Onların otağına kiminsə girdiyini eşitdim. Həmin şəxsin Elvin olduğunu, uşağını götürməyə gəldiyini düşündüm. Sonra səslər gəldi. Telefonun işığını açıb otağa baxanda yatağın üstünə kiminsə çıxdığını gördüm. Bu şəxsin Fuad olduğunu bildim, qışqırdım. Amma Xədicə ilə Sevdanı vurmuşdu. Həmin vaxt oğlanlarım Rahib və Elvin səs-küyü eşidib otağa daxil oldular. Rahib və Elvinə qışqıraraq “əlində bıçaq var, bıçağı alın” dedim”.

Məhkəmənin istintaqında 29,120.2.4, 29,120.2.7, 29,120.2.9, 157.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini Fuad Vəliyevin anlaqsız vəziyyətdə törətdiyi sübuta yetirilib.

O, ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olduğuna görə cinayət məsuliyyətindən azad edilib.

Fuad Vəliyevin ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə alması üçün qərar verilib.

Fidan İlqar

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 16:41

Maştağada gəlinini öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bütün Xəbərlər
Bu gün, 13:47

Olimpiya medalları bərpa olunan idmançılar məqsədlərini açıqladı

Bütün Xəbərlər
Bu gün, 13:05

Azərbaycan idmançılarının xarab olmuş medalları yenilənib

Bütün Xəbərlər
Bu gün, 12:01

Prezident İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib

Bütün Xəbərlər
Bu gün, 11:59

Azərbaycan Prezidenti İlham Əliyev Litvanın Baş nazirini qəbul edib

Siyasət
Bu gün, 11:42

Litvanın Baş naziri Bakıda şəhidlərin xatirəsini anıb

Bütün Xəbərlər
Bu gün, 11:24

Anatoli Banişevskinin yubiley poçt markaları dövriyyəyə buraxılıb

Bütün Xəbərlər
Bu gün, 09:18

Bakıda 6 narkokuryer saxlanılıb, 72 kq narkotik dövriyyədən çıxarılıb

Cəmiyyət
Dünən, 17:35

İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib

Bütün Xəbərlər
Dünən, 17:26

Çəhrayı arena, gimnastlarla məşq və Avropa Çempionatının startı - Portuqaliyadan REPORTAJ

Bütün Xəbərlər
Dünən, 16:32

TƏBİB-lə bağlı müəmmalara son - Rəhbərliyə surpriz təyinat

Cəmiyyət
Dünən, 14:13

SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik olub

Bütün Xəbərlər
Dünən, 13:05

Həftəsonu 52 mindən çox şagird buraxılış imtahanı verəcək

Bütün Xəbərlər
Dünən, 13:00

Bakı metrosu xətlərin ayrılması zamanı sərnişin sıxlığını aradan qaldırmaq üçün tədbirlər görəcək

Bütün Xəbərlər
Dünən, 11:29

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərini qəbul edib

Siyasət
Dünən, 11:09

Azərbaycan XİN ABŞ ilə İran arasındakı atəşkəsi alqışlayır

Bütün Xəbərlər
Dünən, 09:11

FHN gözlənilən küləkli havaya görə əhaliyə müraciət edib

Cəmiyyət
07 aprel 2026, 16:42

Azərbaycanın ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olan şəxslər təltif edilib - SİYAHI

Cəmiyyət
07 aprel 2026, 16:18

Dini başörtüyünün ləğvi ilə bağlı yaydığımız məlumatla əlaqədar AÇIQLAMA

Bütün Xəbərlər
07 aprel 2026, 16:14

Mustafa Çiftçi: İstanbuldakı atışmada bir şübhəli öldürülüb, hücum edənlərin şəxsiyyəti müəyyənləşib

İdman
07 aprel 2026, 15:20

Olimpiya mükafatçısı Azərbaycan millisinin Avropa çempionatındakı heyətinə daxil edilməyib

Siyasət
07 aprel 2026, 14:47

Prezident İlham Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokurorunu qəbul edib

Bütün Xəbərlər
07 aprel 2026, 13:11

Sabah Bakıda 17, rayonlarda 23 dərəcə isti olacaq - PROQNOZ

Bütün Xəbərlər
07 aprel 2026, 10:57

Səmada 34 il: AZAL yaranma tarixini qeyd edir

Oxşar xəbərlər