Sumqayıtda 30 yaşlı kişi tanışı tərəfindən bıçaqlanıb. Bu barədə 27 iyul tarixində APA məlumat verib.
Hadisə şəhərin 15-ci məhəlləsində qeydə alınıb.
1995-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Məmmədov Seymur İlqar oğlu münaqişə zəminində 1994-cü il təvəllüdlü Abdullayev Cavid Cənnət oğluna bıçaqla xəsarət yetirib.
Yaralı dərhal xəstəxanaya çatdırılıb.
Fakt araşdırılır.