Sumqayıtda vətəndaşın üzərindən güllə və bıçaq aşkarlanaraq götürülüb. Bu barədə 13 iyul tarixində APA məlumat verib.
Hadisə 5-ci mikrorayon ərazisində qeydə alınıb.
Polislər tərəfindən saxlanılan 1997-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Mustafayev Rauf Vüqar oğlunun üzərindən 1 ədəd bıçaq və "Makarov" markalı tapançaya aid 5 ədəd güllə askar edilib.
Fakt araşdırılır.