Sumqayıtda bıçaqlanma hadisəsi baş verib. Bu barədə APA 9 fevral tarixində xəbər verir.
Hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.
Sumqayıt şəhər sakini, 34 yaşlı Əlfəddin Məmmədov aralarında baş vermiş münaqişə zəminində 21 yaşlı Rəvan Hüseynova bıçaqla xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.