Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar. Bu barədə 5 avqust tarixində Report Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
Bildirilib ki, Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinə bir nəfərin 7500 manat pulunun dələduzluq yolu ilə alınması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Həşimov və D.Müslümov müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.