Fransız sahibkar Fransuaza Bettancur Meyers dünyanın 100,2 milyard dollar sərvəti olan ilk qadını olub. Bu barədə 29 dekabr tarixində “Qafqazinfo” “Bloomberg”ə istinadən məlumat verib
Bildirilib ki, “L'Oréal“ şirkətinin varisi olan xanımın sərvəti səhmlərinin rekord həddə bahalaşması sayəsində mümkün olub.
Xanım dünyanın ən zəngin insanları arasında 12-ci yerdə olsa da, xanımlar arasında ilkdir.
Qeyd edək ki, “L'Oréal“a “Lancome”, “Yves Saint Laurent”, “Biotherm”, “Garnier” və digər məşhur brendlər daxildir.