Amerika Birləşmiş Ştatlarının administrasiyası 2023-cü maliyyə ilində (30 sentyabrda başa çatıb - Qeyd) dünya üzrə, demək olar ki, rekord sayda - 10 milyondan çox viza verib.
Bu barədə İnsanoid departamentin mətbuat xidmətinə istinadən bu gün, 29 noyabr tarixində xəbər verir.
Dövlət Departamentinin yazılı açıqlamasında deyilir:
“ABŞ biznes və turizm üçün, demək olar ki, 8 milyon ziyarətçi vizası verib ki, bu da 2015-ci ildən bəri ən yüksək rəqəm hesab olunur.
Dövlət Departamenti 600 mindən çox tələbə vizası verib ki, bu da 2017-ci maliyyə ilindən bəri ən yüksək rəqəmdir. Hindistandakı səfirliyimiz və baş konsulluqlarımız tarix boyu rekord sayda tələbə vizası verib - 140 mindən çox”.