Albert Eynşteynin hesablama apardığı kağızlar rekord qiymətə satılıb. Bu barədə 15 iyul tarixində APA xarici KİV-yə istinadən xəbər verir.
Kağızlar 604 800 funta satılıb.
Məşhur fizikin qeydlərinin olduğu səhifələrin 80 000 funta satılacağı təxmin edilirdi. Sənəd “Christie's” Hərrac Evi tərəfindən hərraca çıxarılıb.
Albert Eynşteyn 1936-cı ildə hesablamalarını 3 səhifəyə yazıb. Eynşteyn bu sənədlərdə qravitasiya obyektivinin diaqramını və 30-dan çox mürəkkəb hesablamaları qeyd edib.