Apple şirkətinin məşhur "Vision Pro" artırılmış reallıq eynəyi Azərbaycanın məşhur elan saytlarında yüksək qiymətlərə satışa çıxarılıb. Bu haqda İnsanoid bu gün, 8 fevral tarixində xəbər verir.
Məşhur elan saytlarından birində “Vision Pro” 10900 AZN-ə satılır.
Yaxın günlərdə satışa çıxarılan Apple-in yeni məhsulunun qiyməti rəsmi saytında 3500 ABŞ dolları (5950 AZN) təşkil edir.
Məhsulu Azərbaycana şəxsi istifadə üçün gətirmək isə 4472 ABŞ dollarına (7602 AZN) başa gəlir.
[caption id="attachment_161731" align="alignnone" width="696"]
Foto açıq mənbədən[/caption]