"Atəşgah” Sığorta Şirkətinin Naxçıvan nümayəndəliyinə yeni rəhbər təyinatı olub. Bu barədə 6 fevral tarixində APA məlumat verib.
Bəxtiyar Məmmədov sığorta şirkətinin Naxçıvan nümayəndəliyinin rəhbəri təyin olunub.
Qeyd edək ki, Bəxtiyar Məmmədov bundan öncə "Azərsığorta"nın Naxçıvan Regional Mərkəz Filialının direktoru vəzifəsində çalışıb.