Siciliyadakı Kataniya şəhəri “Numbeo” Tədqiqat İnstitutunun reytinqinə əsasən, Avropanın ən təhlükəli şəhəri hesab olunub. Bu barədə 10 avqust tarixində APA xarici KİV-lərə istinadən məlumat verib.
Reytinqdə ən təhlükəli şəhərlər arasında ilk üçlükdə Fransanın Marsel, Böyük Britaniyanın Birminqem və Koventri şəhərləri yer alıblar.
Eyni zamanda Top 10-a Şarlerua (Belçika), Neapol (İtaliya), Monpelye (Fransa), Lyej (Belçika), Qrenobl və Nant (hər ikisi Fransa) daxil olunub.
Qərbi Avropanın ən təhlükəsiz şəhərləri isə Bern, Münxen və Sürix hesab edilirlər.
Dünya üzrə ən təhlükəli şəhər Venesuelanın paytaxtı Karakasdır. İkinci və üçüncü yerlərdə isə Pretoriya (CAR), Port-Morsbi (Papua-Yeni Qvineya) yerləşib.
Birləşmiş Ərəb Əmirliklərində Əbu-Dabi və Əcman şəhərləri dünyada ən təhlükəsiz şəhərlərdir.