Azərbaycan və Belçika dənizdə külək enerjisindən istifadə üzrə təcrübə mübadiləsi ilə bağlı əməkdaşlıq etməyə razılaşıb. Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov özünün “Twitte” hesabında məlumat verib.
P. Şahbazov Brusseldə Belçikanın energetika naziri Tinne Van der Straeten və Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Kadri Simsonla görüşüb.
“Belçikanın energetika naziri Tinne Van der Straeten ilə səmərəli görüş olub. Dənizdə külək enerjisindən istifadə üzrə təcrübə mübadiləsi ilə bağlı əməkdaşlıq etməyi razılaşdırdıq".
Nazir, həmçinin qeyd edib ki, Azərbaycan-Aİ Enerji Dialoqunun Brüssel görüşündə strateji enerji tərəfdaşlığımız çərçivəsində Cənub Qaz Dəhlizinin genişləndirilməsi, Yaşıl Enerji Dəhlizinin inkişafına Aİ-nin dəstəyi, Enerji Keçidi və Enerji Səmərəliliyi üzrə əməkdaşlığı müzakirə edilib.
Belçikanın energetika naziri Tinne Van der Straeten ilə səmərəli görüş oldu. #DənizdəKüləkEnerjisi|ndən istifadə üzrə təcrübə mübadiləsi ilə bağlı əməkdaşlıq etməyi razılaşdırdıq. pic.twitter.com/26OtNorDRu
— Parviz Shahbazov (@ParvizShahbazov) May 2, 2023