Azərbaycanda son 1 həftə ərzində koronavirus infeksiyasına 142 nəfər yoluxub. Bu barədə 18 sentyabr tarixində Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
COVID-19-a yoluxan 127 nəfər sağalıb. Hazırda 147 aktiv xəstə var.
Bu günə qədər 10 302 nəfər koronavirus infeksiyasından vəfat edib.
Eyni zamanda ölkədə son həftə ərzində 223 nəfər vaksinasiya olunub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 969 615 olub.
[gallery link="file" columns="1" size="full" ids="130544"]