Azərbaycanlı bloger Bakıdan Londona “Moskviç”lə səyahət edib. Bu barədə İnsanoid bu gün, 25 iyul tarixində xəbər verir.
Azərbaycanlı bloger Fərid Rəsul "Adi günlərdən biri" adlı layihəsi çərçivəsində Bakı-London səfərini başa vurub. Səfərin özəlliyi isə bundan ibarətdir ki, o, səyahətini "Moskviç 408" avtomobili ilə edib.
Bundan əvvəl bloger Çin və Laplandiyaya "Lada Niva" markalı avtomobillə səfər etmişdi.
![]()