“Bakı Metropoliteni” QSC-nin nümayəndələri Bənövşəyi xəttin “B-04” stansiyası üçün sifariş edilən eskalatorların qəbul-sınaq prosesində iştirak ediblər. Bu barədə 28 iyul tarixində qurum məlumat verib.
Almaniyanın Hamburq şəhərinə ezam edilmiş nümayəndə heyəti istehsal olunmuş 17 eskalatoru qəbul etməzdən əvvəl 3 gün ərzində sınaq prosesində iştirak edib.
“B-04” stansiyasında dayaz özüllü stansiyalar üçün nəzərdə tutulmuş “Tugela FT-945” tipli 19 eskalator quraşdırılacaq. Onlardan ikisi əvvəlki sifariş dövründən Bakıya gətirilib. Bu eskalatorlar elektrik enerjisinin sərfiyyatına görə daha qənaətcil və səmərəlidir.
Eskalatorlar Bakıya gətirilərək təyinatı üzrə quraşdırıldıqdan sonra yerində təkrar sınaqlar keçiriləcək.