Bakıda “Drive Show” avtomobil yarışı keçirilib. Bu barədə İnsanoid bu gün, 19 iyun tarixində xəbər verir.
Ötən gün Zığ qəsəbəsində yerləşən “BakuBus” MMC-nin avtoparkına məxsus trekdə müxtəlif təyinatlı avtomobillərin iştirakı ilə “Drive Show” baş tutub.
Gənclərin üstünlük təşkil etdiyi tədbirə müxtəlif yaş qruplarından olan sürücülər və iştirakçılar gəliblər. Şouda konstruksiyasında dəyişiklik edilən yarış və retro üslubunda yığılmış avtomobillərlə yanaşı, rəngləri ilə göz oxşayan motosikletlər də gələnlərin marağına səbəb olub.
İlk və gözlənilən mərhələ isə “drift” avtomobillərinin şousu olub ki, burada da xüsusi avadanlıqlarla təchiz edilmiş avtomobillər şütüyüb.
[caption id="attachment_119480" align="alignnone" width="696"]
Foto İnsanoid.com[/caption]
Tədbirin ikinci hissəsində yarış avtomobilləri ilə trekdə qızğın mübarizə baş tutub. Onlar vaxta qarşı yarışıblar.
Sonda qaliblər elan ediliblər və mükafatlandırma mərasimi baş tutub. Yarışın qalibi, nəzərdə tutulmuş treki 45 saniyədə başa vuran Amin Səfiquliyev olub.
[caption id="attachment_119478" align="alignnone" width="696"]
Foto İnsanoid.com[/caption]