Paytaxtda iki avtobus nağdsız ödənişə keçəcək. Bu barədə İnsanoid Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən bu gün, 9 fevral tarixində xəbər verir.
Sabahdan Bakıda Zığ qəsəbəsi – "Neftçilər" metro stansiyası istiqamətində fəaliyyət göstərən 43 nömrəli şəhərdaxili, fevralın 11-dən isə Ramana qəsəbəsini “8-ci km bazarı” ilə əlaqələndirən 214 nömrəli şəhərətrafı müntəzəm marşrut xətlərində nağdsız ödəniş tətbiq ediləcək.
"AYNA sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işləri davam etdirir", – deyə məlumatda qeyd olunub.