Bakıda tıxac olan yolların adları açıqlanıb. Bu barədə İnsanoid Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən bu gün, 31 iyul tarixində məlumat verir.
Hal-hazırda yollardakı vəziyyət:
- Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
- Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
- 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
- Mətbuat prospekti, “Musabəyov” parkının qarşısından “Elmlər Akademiyası” metro stansiyası istiqamətində;
- Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.