Futzal üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşib. Bu barədə Report 24 may tarixində xəbər verib.
“Neftçi İK" və "Baku Fire" komandalarının qarşılaşdığı final oyunu Bakı İdman Sarayında baş tutub.
Qarşılaşma "Baku Fire"nin 5:0 hesablı qələbəsi ilə bitib. Qolları Oruc Baxşəlizadə, İaqo Henrique, Tofiq Əliyev (2) və Elvin Quliyev vurublar.
Daha əvvəl Azərbaycan Yüksək Liqasında "Araz Naxçıvan" qalib olub.