Səudiyyə Ərəbistanı, Küveyt, Qətər və Birləşmiş Ərəb Əmirlikləri ABŞ istehsalı olan “Barbie” filminin izlənilməsini qadağan edib. Bu barədə 2 avqust tarixində “Qafqazinfo” xarici KİV-yə istinadən xəbər verir.
Buna səbəb filmdə olan bəzi səhnələrin və ümumilikdə ideyanın həmin ölkənin dəyərləri ilə üst-üstə düşməməsidir. Bildirilib ki, filmdə öpüşən iki qadın personajın təsviri müsəlman cəmiyyətlərinin gözləntiləri ilə toqquşub.
Həmçinin Yaxın Şərqdəki dini inanclar da “Barbie” filminin qadağan edilməsində rol oynayıb.
Bundan əlavə, filmdə özünü gücləndirmə və ictimai normaları pozma mesajı bəzi dini doktrinalarla ziddiyyət təşkil etdiyi üçün ekran işi qadağan edilib.
Qeyd edək ki, “Barbie” filmi Vyetnamda və Filippində də qadağan edilib. Buna səbəb dünya xəritəsinin şəkillərinin düzgün əks olunmamasıdır.