Bərdə rayonunda pirotexniki vasitələrin satışını təşkil edən şəxslər müəyyən olunublar. Bu barədə 30 dekabr tarixində Report Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
Həmin ṣəxslərdən aşkarlanan pirotexniki vasitələr götürülüb. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilib.
Məlumata görə, aşkarlanan vasitələrin dəyəri 300 min manata yaxındır.