Hər bir insan qida rasionu və zərərli vərdişlərinə fikir verərək, ömrünü uzada bilər. Bu barədə İnsanoid bu gün, 26 iyul tarixində xəbər verir.
İsveçrə həkim-onkoloqları bu qənaətə gəliblər ki, insanlar şəkərdən imtina etməklə ömürlərini orta hesabla 20-30 il artıra bilərlər.
"Əgər hər bir şəxs 40 yaşında şəkərdən imtina edərsə (bal və meyvələri müəyyən porsionlarla qəbul etmək olar), o zaman ömrünü 20-30 il artıra bilər". Həkimlər şəkərdən imtina ilə orqanizmdə diabet riskinin, piylənmənin, onkoloji xəstəlik ehtimalının nəzərəçarpacaq dərəcədə azalacağını hesab edirlər.
Tibbin hazırkı inkişaf mərhələsinin belə tam olaraq xərçəng xəstəliyini yox etməyə imkan vermədiyi aydındır. Amma həkimlər düzgün həyat tərzi ilə onkoloji xəstəlik riskini 40 faiz azaltmağın mümkün olduğunu hesab edirlər.
həyat tərzi ilə onkoloji xəstəlik riskini 40 faiz azaltmağın mümkün olduğunu hesab edirlər.