Noyabrın 28-29-da Yerdə geomaqnit qasırğası müşahidə ediləcək.
İnsanoid.com xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.
Günəşdəki alışmalar səbəbindən geomaqnit qasırğasının G1 (mülayim) və G2 (orta) səviyyəsində olması proqnozlaşdırılır.
Astrofizika kafedrası bildirib ki, noyabrın 28-də gecə saatlarından başlayaraq, 29-u saat 12:00 radələrinə qədər geoaktivlik yüksək olacaq, qasırğa Kp əmsalına görə 4-6 intervalında dəyişəcək. Günəş aktivliyinin orta-yüksək səviyyədə qalacağı və M sinif, eləcə də izolə olunmuş X sinif alışmaların baş verəcəyi gözlənilir.
Noyabrın 29-u axşam saatlarından etibarən geomaqnit səviyyəsinin normala dönəcəyi qeyd edilib. Geomaqnit qasırğası xüsusilə həssas insanlar və texnoloji sistemlər üçün təsirli ola bilər.
![]()