Çinin Quanqjou şəhərində uçan avtomobillərin kütləvi istehsalı üçün dünyanın ilk zavodunun tikintisinə start verilib.
İnsanoid.com Xarici.KİV-lərə istinadən xəbər verir ki, zavodun ümumi sahəsi 180 min kvadratmetr təşkil edəcək və kütləvi istehsalın 2026-cı ildə başlanması planlaşdırılır. Zavodun illik istehsal gücü 10 min avtomobil olacaq.
Şirkətin verdiyi məlumata görə, ilk ictimai sınaq uçuşu bu ilin noyabr ayında Çjuhai aviaşousunda keçiriləcək. Şirkət artıq 3 mindən çox ilkin sifariş alıb.