“Dərinizin cavan qalması üçün nar yeyə bilərsiniz”.
Bunu gazeta.ru-ya rusiyalı endokrinoloq, diyetoloq, tibb elmləri namizədi Oksana Mixaleva bildirib.
Onun sözlərinə görə, nar güclü antioksidant, antimikrob və antikanserogen xüsusiyyətlərə malikdir. Narın metabolik sindrom, ürək-damar, endokrin, revmatoloji və hətta onkoloji xəstəliklər, ağız boşluğu patologiyalarında faydalı olduğunu göstərən məlumatlar var.
Mütəxəssis qeyd edib ki, təzə narı toxumları ilə birlikdə yemək olar, tərkibindəki lifli maddələr onun faydasını və qida dəyərini artırır.
Həkim bildirib ki, bu gün insanların qidasında çox vaxt çatışmayan lifli maddələr bir çox faydalı xüsusiyyətlərə malikdir, o, bağırsaq xərçənginin qarşısının alınmasına, orqanizmdən zərərli maddələrin çıxarılmasına və həzm sisteminin normal fəaliyyətinin saxlanmasına kömək edir.