top
“Dizayn və tikinti işlərini eyni vaxtda etdik” – Olimpiya Stadionunun memarları: “Qonaqlar heyran olacaq”
20 oktyabr 2024, 00:45
- +

“Dizayn və tikinti işlərini eyni vaxtda etdik” – Olimpiya Stadionunun memarları: “Qonaqlar heyran olacaq”

HafizTimes.com-un budəfəki müsahibləri UEFA, FİFA və IAAF-nın yüksək beynəlxalq standartlarına uyğun tikilib, dizayn edilən və Azərbaycandakı ən böyük stadion olan Bakı Olimpiya Stadionun məşhur memar-dizaynerləridir.


Heerim Architects & Planners – Cənubi Koreanın qlobal memarlıq-dizayn və tikinti şirkəti:


– Bakı Olimpiya Stadionu 68 000 tamaşaçı tutumuna malik çoxməqsədli idman kompleksidir. “Heerim” şirkəti bu layihənin həm dizayn, həm də CM xidmətlərini (tikinti) həyata keçirdi. Layihəni 2015-ci ildə uğurla tamamladıq.


– Stadionun dizayn motivində Qız Qalası (YUNESKO-nun dünya irsi), fasadında isə Azərbaycanın, “Odlar Yurdu”nun simvolu olan yanan alov işarəsi təcəssüm etdirilib. Bu idman məkanı IAAF, FİFA, UEFA tərəfindən müəyyən edilmiş tələb və standartlara tam uyğundur. Futbol və atletikadan başqa, canlı musiqi çıxışları və s. kimi digər müxtəlif beynəlxalq tədbirlərə də ev sahibliyi etmək üçün planlaşdırılıb.


Bakı Olimpiya Stadionu yerli iqlim və topoqrafik xüsusiyyətlər nəzərə alınmaqla inşa edilib, külək və seysmik zərbələrə qarşı konstruktiv dayanıqlı bir bina kimi layihələndirilib. Bu stadion “ENR” qlobal mühəndislik jurnalı tərəfindən idman qurğuları kateqoriyasında “Ən yaxşı qlobal layihə” seçilib.



Bakı Olimpiya Stadionun tikintisi zamanı struktur mühəndisliyini isə Amerikanın qlobal mühəndislik şirkəti “Thornton Tomasetti” həyata keçirib. Şirkətin rəhbər işçiləri olan Kevin Legenza  və Misam İmam struktur dizaynı, layihələrin idarə edilməsi və tədqiqat sahəsində geniş təcrübəyə malikdirlər. Onlar Bakı Olimpiya Stadionun tikintisi ilə bağlı fikirlərini də bizimlə bölüşüblər:


– Bakı Olimpiya Stadionun tikinti qrafiki sürətləndirilmişdi. Ona görə də biz layihə komandası olaraq, eyni vaxtda həm dizayn, həm də tikinti işlərini həyata keçirdik. Stadionun tikintisi zamanı mütərəqqi modelləşdirmə və avtomatlaşdırma texnikalarına daha çox etibar etdik.



– Stadionun dizaynı necə hazırlandı?


– Dizaynın çevikliyini maksimum həddə çatdırmaq üçün konstruktiv dizaynda stadionlardan daha çox hündürmərtəbəli binalar üçün səciyyəvi olan dərin, möhkəm təməllərdən istifadə etdik.


Komandamız tir və sütunların möhkəmləndirilməsini seysmik kod müddəalarına uyğun yoxlamaq üçün avtomatlaşdırılmış xüsusi dizayn proqramı işləyib hazırladı və bu proqram dizayn prosesini xeyli sürətləndirdi.



Nəhayət, 24 aylıq ağır qrafikdən sonra bu mükəmməl stadionun tikinti-dizayn prosesini uğurla başa çatdırdıq. 2015-ci ildə Avropa Oyunlarının açılış mərasimi də Bakı Olimpiya Stadionunda keçirildi. Stadionun gözəlliyi bütün Avropanı özünə valeh etdi.



– Bakı ilə bağlı hansı xatirələriniz var?


– Bakı çox qeyri-adi, qədim şəhərdir. Həm də küləklər şəhəridir. Həmin vaxt komandamız da şəhəri çox bəyənmişdi. Bakıya getmək üçün saatlarla təyyarələrdə qalmalı olurduq. (Bu, bizim üçün bir az çətin idi) Amma orada olan zaman hər şeyi unudurduq.



– Yaxın günlərdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası da (COP29) Bakı Olimpiya Stadionunda keçiriləcək. Bununla bağlı nə demək istərdiniz?


– COP bütün dünyada mühüm əhəmiyyət kəsb edən beynəlxalq tədbirdir. Belə bir qlobal tədbirin Bakı Olimpiya Stadionunda keçirilməsi çox sevindirici və qürurvericidir. Bunun üçün Bakı Olimpiya Stadionunda hər bir şərait var. Əminik ki, bütün qonaqlar Bakı Olimpiya Stadionuna heyran olacaqlar.


Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 16:41

Maştağada gəlinini öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bütün Xəbərlər
Bu gün, 13:47

Olimpiya medalları bərpa olunan idmançılar məqsədlərini açıqladı

Bütün Xəbərlər
Bu gün, 13:05

Azərbaycan idmançılarının xarab olmuş medalları yenilənib

Bütün Xəbərlər
Bu gün, 12:01

Prezident İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib

Bütün Xəbərlər
Bu gün, 11:59

Azərbaycan Prezidenti İlham Əliyev Litvanın Baş nazirini qəbul edib

Siyasət
Bu gün, 11:42

Litvanın Baş naziri Bakıda şəhidlərin xatirəsini anıb

Bütün Xəbərlər
Bu gün, 11:24

Anatoli Banişevskinin yubiley poçt markaları dövriyyəyə buraxılıb

Bütün Xəbərlər
Bu gün, 09:18

Bakıda 6 narkokuryer saxlanılıb, 72 kq narkotik dövriyyədən çıxarılıb

Cəmiyyət
Dünən, 17:35

İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib

Bütün Xəbərlər
Dünən, 17:26

Çəhrayı arena, gimnastlarla məşq və Avropa Çempionatının startı - Portuqaliyadan REPORTAJ

Bütün Xəbərlər
Dünən, 16:32

TƏBİB-lə bağlı müəmmalara son - Rəhbərliyə surpriz təyinat

Cəmiyyət
Dünən, 14:13

SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik olub

Bütün Xəbərlər
Dünən, 13:05

Həftəsonu 52 mindən çox şagird buraxılış imtahanı verəcək

Bütün Xəbərlər
Dünən, 13:00

Bakı metrosu xətlərin ayrılması zamanı sərnişin sıxlığını aradan qaldırmaq üçün tədbirlər görəcək

Bütün Xəbərlər
Dünən, 11:29

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərini qəbul edib

Siyasət
Dünən, 11:09

Azərbaycan XİN ABŞ ilə İran arasındakı atəşkəsi alqışlayır

Bütün Xəbərlər
Dünən, 09:11

FHN gözlənilən küləkli havaya görə əhaliyə müraciət edib

Cəmiyyət
07 aprel 2026, 16:42

Azərbaycanın ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olan şəxslər təltif edilib - SİYAHI

Cəmiyyət
07 aprel 2026, 16:18

Dini başörtüyünün ləğvi ilə bağlı yaydığımız məlumatla əlaqədar AÇIQLAMA

Bütün Xəbərlər
07 aprel 2026, 16:14

Mustafa Çiftçi: İstanbuldakı atışmada bir şübhəli öldürülüb, hücum edənlərin şəxsiyyəti müəyyənləşib

İdman
07 aprel 2026, 15:20

Olimpiya mükafatçısı Azərbaycan millisinin Avropa çempionatındakı heyətinə daxil edilməyib

Siyasət
07 aprel 2026, 14:47

Prezident İlham Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokurorunu qəbul edib

Bütün Xəbərlər
07 aprel 2026, 13:11

Sabah Bakıda 17, rayonlarda 23 dərəcə isti olacaq - PROQNOZ

Bütün Xəbərlər
07 aprel 2026, 10:57

Səmada 34 il: AZAL yaranma tarixini qeyd edir

Oxşar xəbərlər