“Məni ümumilikdə 561 il həbs cəzası gözləyir”. Bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp tərəfdarlarına müraciəti zamanı deyib.
Bu haqda 3 avqust tarixində Report xəbər verib.
Keçmiş prezident tərəfdarlarını sülh yolu ilə onun yanında olmağa çağırıb:
“Korrupsiyaya uğramış Cozef Baydenin Ədliyyə Nazirliyi yenidən mənə qarşı qanunsuz ittihamlar irəli sürüb. Məni ümumilikdə 561 il həbs cəzası gözləyir. Bu, altı həyatdır. Amma kim başqa bir şəxsi altı ömürlük həbsə göndərməyə çalışırsa, hər kəsə özünün qorxduğunu göstərir”, - o deyib.