Dünya liderləri və siyasətçiləri İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik ediblər. Bu barədə İnsanoid bu gün, 8 fevral tarixində xəbər verir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi, Çin Xalq Respublikasının Sədri Si Cinpin, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon, Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro, İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid İlham Əliyevə öz təbriklərini çatdırıblar.
Onlarla yanaşı, Türkiyənin keçmiş xarici işlər naziri, bu ölkənin parlamentinin NATO-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu, Türkiyədə prezidentliyə keçmiş namizəd, əslən azərbaycanlı Sinan Oğan, Türkiyənin keçmiş vitse-prezidenti, parlamentin xarici əlaqələr komitəsinin sədri Fuat Oktay, Macarıstanın Baş naziri Viktor Orban da İlham Əliyevə seçkilərdə liderliyi münasibətilə öz xoş arzularını bildiriblər.
Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev səslərin 92,05%-ini qazanmaqla növbədənkənar prezident seçkilərində liderlik edir. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov məntəqələrin 93,3%-inin nəticələrini elan edib.