“Forbes” tərəfindən dünyanın ən varlı insanlarının siyahısı təqdim olunub. Bu barədə 27 yanvar tarixində Oxu.az məlumat verib.
- Fransız iş adamı, “Louis Vuitton Moet Hennessy” (LVMH) şirkətlər qrupunun yaradıcısı və prezidenti Bernard Arno “Forbes”in qiymətləndirməsinə görə yenidən planetin ən zəngin insanları siyahısına başçılıq edir. Əvvəllər bu siyahıda lider “Tesla” və “SpaceX”-in yaradıcısı İlon Mask idi. 74 yaşlı Arnonun sərvəti 21,6 milyard dollar artaraq 205,8 milyard dollara çatıb.
- İlon Mask siyahıda ikinci yeri tutub. “Tesla” və “SpaceX”in ümumi kapitalı 204,2 milyard dollar təşkil edib. O, ilk dəfə 2021-ci ilin yanvarında dünyanın ən varlı insanı oldu. O zaman onun sərvəti 200 milyard dollardan çox qiymətləndirilirdi, 2021-ci ilin noyabr ayının əvvəlində isə 340 milyard dollara çatıb.
- Üçüncü yerdə Amerikanın Amazon korporasiyasının yaradıcısı Ceff Bezos (179,9 milyard dollar) qərarlaşıb.
- Dördüncü yerdə Oracle korporasiyasının yaradıcılarından biri Larri Ellisondır. (142,6 milyard dollar)
- Beşinci yerdə “Meta” korporasiyasının rəhbəri Mark Zukerberq (138,8 milyard dollar) qərarlaşıb.
Planetin ən zəngin insanları onluğuna “Berkshire Hathaway” holdinqinin rəhbəri Uorren Baffet (125,9 milyard dollar) və “Microsoft”un yaradıcısı Bill Qeyts (122,8 milyard dollar) daxildir.