CES 2024 çərçivəsində 3M şirkəti tərəfindən dünyanın ilk batareyası tükənməyən simsiz qulaqlığı hazırlanıb. Bu barədə İnsanoid bu gün, 11 yanvar tarixində xəbər verir.
Alternativ enerji mənbələrindən müxtəlif sənayelərdə istifadə olunub. Lakin texnologiya sahəsinə məxsus məhsullarda bu təcrübə yoxlanılmamışdı.
Dünyanın ilk batareyası tükənməyən simsiz qulaqlığı daim işıq şüaları vasitəsi ilə öz batareyasını şarj etdiyi üçün istifadəçilərin daha bir problemini həll edir. Yeni qulaqlığın ən önəmli xüsusiyyəti də məhz yalnız günəş şüası ilə deyil, istənilən işıq şüası ilə öz batareyasını şarj edə bilməsidir.
Qulaqlıqdakı Push to Listen (PTL) düyməsi istifadəçilərə qulaqlığı çıxarmadan ətrafdakıları dinləməyə də imkan verir. İsveçin Exeger şirkəti tərəfindən istehsal edilən 1000 mAs həcmli Powerfoyles batareyaları ilə təchiz edilən qulaqlığın qiyməti də 600 dollardır.