Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan fantastik məbləğdə şam yeməyi təşkil edib.
İnsanoid.com “Hraparak” qəzetinə istinadən xəbər verir ki, Akopyan oktyabrın 31-də “uğurlu iş adamları” ilə nahar təşkil edib və buraya giriş bileti 1 milyon erməni dramıdır. Bu məbləğ günün kursu ilə təxminən 2.600 ABŞ dollarıdır.
Məlumata görə, şam yeməyi oktyabrın 31-i, saat 18:00-da “Livinqston” restoranında olacaq. Ödənişlər köçürmələr vasitəsilə həyata keçirilir. Hazırda 53 erməni kişisi Anna ilə görüş üçün ödəniş edib və onun təşkil etdiyi şam yeməyində iştirak edəcək.
Qeyd edək ki, aprel ayında o, “uğurlu qadın iş adamlarını” bir milyon dram dəyərində şam yeməyinə dəvət edib. Belə görünür ki, əvvəlki şam yeməyi təşkilatçıları qane etdiyi üçün davamını təşkil ediblər.