Ermənistanda 2022-2023-cü tədris ilində 12 məktəbdə türk dili (Türkiyə türkcəsində), 4 məktəbdə isə Azərbaycan dili (Azərbaycan türkcəsində) tədris olunub. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 6 iyul tarixində xəbər verir.
Azərbaycan və türk dilləri istisna olaraq, 10-12-ci sinif şagirdlərinə öyrədilir.
2022-2023-cü tədris ilində 33 ümumtəhsil müəssisəsində regional dillər öyrədilib:
13 məktəbdə fars, 12-də türk dili, 4 məktəbdə Azərbaycan türkcəsi, 3-də isə gürcü dili. Daha 400 məktəb regional (türk, Azərbaycan, gürcü və fars) dilləri tədris etmək istədiyini bildirib.
Hazırda Ermənistanın bütün məktəblərində 2-ci sinifdən başlayaraq xarici dil kimi rus, ingilis, fransız və ya almanca tədris aparılır. “Bundan sonra məktəblərdə üçüncü dil kimi region ölkələrinin dillərinin tədrisinə də diqqət yetiriləcək”, - məlumatda bildirilib.