Zaqatalada qanunsuz tikili sökülüb. Bu barədə 14 avqust tarixində FHN məlumat verib.
Bildirilib ki, Zaqatala şəhəri ərazisində vətəndaş tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib:
"FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Zaqatala Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb".