Forbes-in ən varlı adamları reytinqində "Tesla"nın qurucusu və "Twitter"in sahibi İlon Mask birinci yerə yüksəlib. Bu barədə İnsanoid bu gün 25 iyul tarixində Forbes-ə istinadən məlumat verir.
Onun sərvəti 5,9 milyard ABŞ dolları artaraq hazırda 242.4 milyard ABŞ dolları məbləğində qiymətləndirilir.
İkinci yerdə "Louis Vuitton Moet Hennessy" şirkətlər qrupunun prezidenti Bernard Arnault qərarlaşıb, onun sərvəti 234,6 milyard ABŞ dollarıdır.
İlk beşlikdə "Amazon" korporasiyasının qurucusu Ceff Bezos, "Oracle" korporasiyasının təsisçilərindən biri, amerikalı Larri Ellison, "Microsoft"un qurucusu Bill Qeyts yerləşiblər.
"Meta" korporasiyasının rəhbəri Mark Zukerberq isə siyahıda səkkizinci yerdədir.
[gallery link="file" columns="1" size="full" ids="123190"]