top
Gənc aşpaz: “Yeni yeməklər kəşf etmək üçün sosial şəbəkələrdən istifadə edirəm” – ÖZƏL MÜSAHİBƏ
20 oktyabr 2024, 07:18
- +

Gənc aşpaz: “Yeni yeməklər kəşf etmək üçün sosial şəbəkələrdən istifadə edirəm” – ÖZƏL MÜSAHİBƏ

Hər il oktyabrın 20-də Beynəlxalq aşpazlar günü qeyd edilir. Bu gün aşpazların sənətini, mətbəx mədəniyyətini və onların işini təqdir etmək üçün nəzərdə tutulub. Aşpazlar yeməklərin hazırlanmasında, təqdimatında və müxtəlif mədəniyyətlərin kulinariya ənənələrinin qorunmasında mühüm rol oynayırlar. Bu günü qeyd edərək, aşpazların yaradıcılığını və peşəkar işlərini tanımaq, onlara təşəkkür etmək üçün bir fürsət təqdim edilir. Bu gün həmçinin kulinariya sahəsindəki yenilikləri, trendləri və aşpazların rolunu müzakirə etmək üçün bir platforma kimi də xidmət edir.

Sumqayıt24.azın əməkdaşı bu əlamətdar gün münasibəti ilə gənc aşpaz Cavidan Hüseynovla həmsöhbət olub.


Müsahibəni təqdim edirik:

– Cavidan bəy, öncə özünüz haqqında məlumat verməyinizi istərdim.

– 21 yaşım var. Dörd ildir ki, aşpazlıq sənəti ilə məşğulam.

Aşpaz fəaliyyətinə necə başladınız?

– Kiçik yaşlarımdan yemək bişirməyə həvəsim var idi. Bu sənəti sevdiyim üçün başladım.

– Azərbaycan mətbəxində yeməklərin kifayət qədər yağlı olması xüsusi qeyd edilir. Sizə bu barədə fikir söyləyən olur?

– Bəli, Azərbaycan mətbəxində əksər yeməklər yağlı olur. Bu barədə hər zaman müxtəlif fikirlər bildirirlər. Ümumiyyətlə, hər yeməyin özünün bişirilmə qaydası var.

–  Yeməklərin dadı aşpazın öz fantaziyası ilə nə qədər bağlıdır? Azərbaycan mətbəxinin hansı yeməklərini yeni aranjimanda təqdim edirsiniz?

– Milli mətbəxə nisbətən Avropa mətbəxindəki yeməkləri bişirərkən aşpaz öz yaradıcılığından istifadə edə bilər. Yeniliklər çox vaxt məkana gələn müştərilərin istəyindən asılı olur. Aşpazlıq fəaliyyətimdə milli mətbəxə aid olan əksər yeməkləri yeni təqdimatda nümayiş etdirmişəm. Məsələn, ləvəngi rool, ananasın içində vişnəli can əti, quzu güvəc və s.

– Necə düşünürsünüz, bişirilmə zamanı istifadə edilən tavalar, qazanlar yeməyin dadına təsir göstərə bilir?

–  Əlbəttə ki, təsir edir və bir çox zaman keyfiyyətsiz materiallardan hazırlanmış tava xəstəliklərə yol aça bilir. Tövsiyə olunur ki, türk istehsalı yapışmayan örtüklü tavalardan istifadə olunsun.

– Müştərilərin nə kimi istəkləri nəzərə alınır?

– Çox vaxt müştərilərin qarnir dəyişikliyi, şefdən özəl yeməklər və təqdimatları nəzərə alınaraq istəkləri yerinə yetirilir.

Öz sevimli yeməkləriniz barədə nə deyə bilərsiniz? Milli mətbəximizdən nələrə üstünlük verirsiniz?

– Mətbəx işçiləri üçün hər bir yemək gözəl və əvəzolunmazdır. Milli mətbəximizdən ən çox plovlar və qazan yeməklərinə üstünlük verirəm.

– Hansı növ mətbəxdə daha çox təcrübəniz var?

– Mən universal mətbəx aşpazı olduğum üçün, hər bir sahədə təcrübəm var. Lakin Avropa mətbəxi daha öndədir.

– Yeməklərinizi tənqid edənlərə necə reaksiya verirsiniz?

Restorana gələn hər bir müştərinin ağız dadı fərqli olduğundan, tənqidlərə normal reaksiya verirəm.

– Yeni yemək reseptləri hazırlamaq üçün ilham mənbələriniz hansılardır?

Yeni yeməklər kəşf etmək üçün sosial şəbəkələrdən istifadə edirəm. Milli mətbəxin yeniliklərini kəşf etmək və kulinariyanı izlədiyim üçün Azərbaycanın tanınmış aşpazlarından olan Anar Qasımovu izləyirəm. Avropa mətbəxini təkmilləşdirmək və yenilik gətirmək üçün “executive chef” Gordon Ramsayı izləyirəm.

– Müxtəlif mətbəxlərin təamlarını hazırlamaqda özünüzü nə dərəcədə rahat hiss edirsiniz?

– Aşpazlıq sənətinə başladığım zamandan bu günə kimi öyrəndiyim müxtəlif mətbəxlərin təamlarını hazırlamaq çox rahatdır. Lakin yeniliklər üçün əziyyət çəkmək lazımdır.

– Aşpazlar günü ilə bağlı həmkarlarınıza nə tövsiyə edərdiniz? Aşpaz olmaq istəyib çəkinənlərə nə demək istərdiniz?

Aşpazlar günü münasibəti ilə həmkarlarıma müvəffəqiyyətlər diləyirəm. Aşpazlıq sənətini seçənlərə uğurlar arzu edirəm. Gözəl sənət, gözəl peşə seçdikləri münasibəti ilə onları təbrik edirəm. İnsan qarşısına qoyduğu məqsədlərə görə addım atmalıdır. Hər peşənin çətinlikləri olur və buna rəğmən məqsədindən yayınmayanların gələcəkdə işinin ustası olacağına əminəm.

Nəzrin Vahid

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 16:41

Maştağada gəlinini öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bütün Xəbərlər
Bu gün, 13:47

Olimpiya medalları bərpa olunan idmançılar məqsədlərini açıqladı

Bütün Xəbərlər
Bu gün, 13:05

Azərbaycan idmançılarının xarab olmuş medalları yenilənib

Bütün Xəbərlər
Bu gün, 12:01

Prezident İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib

Bütün Xəbərlər
Bu gün, 11:59

Azərbaycan Prezidenti İlham Əliyev Litvanın Baş nazirini qəbul edib

Siyasət
Bu gün, 11:42

Litvanın Baş naziri Bakıda şəhidlərin xatirəsini anıb

Bütün Xəbərlər
Bu gün, 11:24

Anatoli Banişevskinin yubiley poçt markaları dövriyyəyə buraxılıb

Bütün Xəbərlər
Bu gün, 09:18

Bakıda 6 narkokuryer saxlanılıb, 72 kq narkotik dövriyyədən çıxarılıb

Cəmiyyət
Dünən, 17:35

İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib

Bütün Xəbərlər
Dünən, 17:26

Çəhrayı arena, gimnastlarla məşq və Avropa Çempionatının startı - Portuqaliyadan REPORTAJ

Bütün Xəbərlər
Dünən, 16:32

TƏBİB-lə bağlı müəmmalara son - Rəhbərliyə surpriz təyinat

Cəmiyyət
Dünən, 14:13

SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik olub

Bütün Xəbərlər
Dünən, 13:05

Həftəsonu 52 mindən çox şagird buraxılış imtahanı verəcək

Bütün Xəbərlər
Dünən, 13:00

Bakı metrosu xətlərin ayrılması zamanı sərnişin sıxlığını aradan qaldırmaq üçün tədbirlər görəcək

Bütün Xəbərlər
Dünən, 11:29

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərini qəbul edib

Siyasət
Dünən, 11:09

Azərbaycan XİN ABŞ ilə İran arasındakı atəşkəsi alqışlayır

Bütün Xəbərlər
Dünən, 09:11

FHN gözlənilən küləkli havaya görə əhaliyə müraciət edib

Cəmiyyət
07 aprel 2026, 16:42

Azərbaycanın ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olan şəxslər təltif edilib - SİYAHI

Cəmiyyət
07 aprel 2026, 16:18

Dini başörtüyünün ləğvi ilə bağlı yaydığımız məlumatla əlaqədar AÇIQLAMA

Bütün Xəbərlər
07 aprel 2026, 16:14

Mustafa Çiftçi: İstanbuldakı atışmada bir şübhəli öldürülüb, hücum edənlərin şəxsiyyəti müəyyənləşib

İdman
07 aprel 2026, 15:20

Olimpiya mükafatçısı Azərbaycan millisinin Avropa çempionatındakı heyətinə daxil edilməyib

Siyasət
07 aprel 2026, 14:47

Prezident İlham Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokurorunu qəbul edib

Bütün Xəbərlər
07 aprel 2026, 13:11

Sabah Bakıda 17, rayonlarda 23 dərəcə isti olacaq - PROQNOZ

Bütün Xəbərlər
07 aprel 2026, 10:57

Səmada 34 il: AZAL yaranma tarixini qeyd edir

Oxşar xəbərlər