top
Gəncəli dünya çempionu: “Həyat tərzim heç vaxt peşəkar idmançıların həyat tərzindən olmadı” – ÖZƏL MÜSAHİBƏ
23 noyabr 2024, 05:54
- +

Gəncəli dünya çempionu: “Həyat tərzim heç vaxt peşəkar idmançıların həyat tərzindən olmadı” – ÖZƏL MÜSAHİBƏ


Pauerliftinq Azərbaycanda son illərdə populyarlaşmağa başlayanr idman növüdür. Bu idman növü gücün və dayanıqlılığın ölçülməsi üçün üç əsas hərəkəti – squat (çömbəlmə), bench press (skamyada press) və deadlift (ölü çəkiləri qaldırmaq) – əhatə edir. Pauerliftinqdə məqsəd hər üç hərəkətdə mümkün olan ən yüksək çəkini qaldırmaqdır.

Azərbaycanda bu idman növü ilə məşğul olanların sayı da artmaqdadır. Onlardan biri də pauerliftinqçi Vüsal Ağalarovdur.

Gencexeber.az həmin idmançı ilə həmsöhbət olub.

Müsahibəni təqdim edirik:

– Öncə özünüz haqqında məlumat verməyinizi istərdim.

– 1991-ci il oktyabrın 20-də Gəncə şəhərində anadan olmuşam.

– Pauerliftinqə başlamağa necə qərar verdiniz? İlk dəfə bu idman növünü necə kəşf etdiniz?

– Uşaq yaşlarımdan güc idman növlərinə böyük marağım olub. Gəncədə bir mötəbər yarış keçirildi. Yarışın təşkilatçısı isə Rüfət Ağayev idi. Həmin vaxtlarda televiziyada yarışın reklamı gedirdi. Yarışda dünya çempionları Rüfət Ağayev və Hafiz Verdiyevi gördüm. Həmin reklam sayəsində bu idmanla maraqlanmağa başaldım.

– Pauerliftinqdəki ilk böyük uğurunuz nə idi? O anı necə xatırlayırsınız?

– Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə Beynəlxalq xatirə turniri keçirildi. Orada gənclər arasında birinci yerə layiq görüldüm. Və bu mənə daha çox stimul verdi.

– Dünya çempionu titulu qazandığınızda nə hiss etdiniz? Bu uğurun sizin üçün mənası nədir?

– Dünya çempionu neçə dəfə olsan da, bu idman növündə önəmli olan məqam kiloqramlardır, yəni qaldırdığın çəkilərdir. Üç dünya çempionatının, bir Dünya kubokunun qalibiyəm. Həmçinin “Arnold Classic” mötəbər yarışının qalibiyəm.

– Çempion olmağın sirri nədir? Məşqlərdə və psixoloji hazırlıqda hansı yanaşmanı tətbiq edirsiniz?

– Çempion olmaq güclü xarakter tələb edir. Məqsədyönlü olmalısan. Hədəfə çatmaq üçün bu, şərtdir. İstədiyinə çatmağı bacarmalısan. Məşqlərində çox iddialı olmalısan. Yıxılsan belə davam etməlisən, hər ağrını və acını önəmsəməli deyilsən. Yalnız hədəfə doğru addım atmalısan.

– Bədəninizi gücləndirmək üçün hansı xüsusi məşq metodlarından istifadə edirsiniz?

– Bir poverlifter olaraq sırf “Squat”, “Bench press” və “Deadlift” hərəkətlərindən, yəni ən əsas təməl hərəkətlərdən istifadə edirəm.

– Bir çox pauerliftinq yarışmalarında iştirak etmisiniz. Hər birinin özünəməxsus təcrübəsi olur. Sizi ən çox həyəcanlandıran və ya çətinliklərlə üzləşdirdiyiniz yarış hansıdır?

– Etiraf edim ki, sonuncu Dünya çempionatı mənə daha çox həyəcan verirdi. Çünki qaldırdığım çəkiləri məşqlər zamanı çox artırmışdım. Buna görə də bu yarışda ailəm və məni səmimi qəlbdən sevən hər kəs məndən daha böyük nəticələr gözləyirdi. Məsuliyyət hissi məni dinc buraxmırdı.

– Çempion olmağınızda ən böyük çətinliklər nələr oldu? Bu çətinlikləri necə dəf etdiniz?

Həmişə olduğu kimi ən böyük çətinliklər maddiyyat ilə bağlıdır. Çünki bir idmançının daha böyük nəticələr əldə etməsi üçün güclü və əlavə idman qidaları, vitaminlər, minerallar, terapiyalar qəbul etməlidir.

Travmalar qaçılmazdır, minimum zədə ilə yarışdan ayrılmaq üçün əlimizdən gələni edirik.

– Məşqlərdə, yarışlarda motivasiyanızı necə qoruyursunuz?

– Motivasiya mənim ailəmdir. Onlara verdiyim sözü yerinə yetirməyə çalışıram. İki qız övladıma görə edirəm.

– Qələbələrdən sonra və ya məğlubiyyətlərlə üzləşdikdə, özünüzü necə ruhlandırırsınız?

– Əgər hədəfin varsa, nəyə isə çatmaq istəyirsənsə, heç bir məğlubiyyət səni ruhdan sala bilməz. Qələbələr isə mənə daha böyük stimul verir və daha çox çəkilərin öhdəsindən gələcəyimə əminlik yaradır.

– Pauerliftinqlə peşəkar səviyyədə məşğul olmaq həyat tərzinizdə hansı dəyişikliklərə zəmin yatadı?

– Mən peşəkar səviyyədə idmançı oldum. Ancaq həyat tərzim heç vaxt peşəkar idmançıların həyat tərzindən olmadı.

– Gündəlik həyatınızda güc artırmaq məqsədilə nələrə xüsusi diqqət yetirirsiniz?

Qida, yuxu, intizam ən mühüm amillərdir.

– İdmançı karyeranızın sonunda hansı məqsəd və ya hədəfləri qoymusunuz?

– Hələ ki qarşımda dayanan ən böyük hədəfim 110 kiloqramda çəkimi saxlayaraq oturub durma hərəkətində 400 kiloqram çəkinin öhdəsindən gəlməkdir. Sonra növbəti hədəfim nə olacaq, bilmirəm.

– Pauerliftinqin inkişafında hansı dəyişiklikləri görürsünüz və bu idmanın gələcəyini necə qiymətləndirirsiniz?

– Hazırda inkişaf etməyib. Federasiya üçün heç bir cəhdlər göstərilmir. Ümid edirik ki, yaxşı olar.

– Gənc pauerliftinqçilərə nə kimi tövsiyələr verərdiniz? Uğur qazanmaq üçün hansı əsas məqamlar üzərində çalışmalıdırlar?

– Tövsiyəm o olardı ki, intizamlı olsunlar. Heç vaxt medal arxasınca qaçmasınlar. Əzmkar olsunlar. Qarşılarına qoyduqları hədəfə doğru irəliləsinlər.

– Bundan sonra hansı yeni rekorda imza atmağı düşünürsünüz?

– Əgər sağlığım və gələcəyim imkan verərsə, 110 kq kateqoriyamda toplam 1 ton çəkinin öhdəsindən gəlməyi düşünürəm.

Nəzrin Vahid


Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 16:41

Maştağada gəlinini öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bütün Xəbərlər
Bu gün, 13:47

Olimpiya medalları bərpa olunan idmançılar məqsədlərini açıqladı

Bütün Xəbərlər
Bu gün, 13:05

Azərbaycan idmançılarının xarab olmuş medalları yenilənib

Bütün Xəbərlər
Bu gün, 12:01

Prezident İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib

Bütün Xəbərlər
Bu gün, 11:59

Azərbaycan Prezidenti İlham Əliyev Litvanın Baş nazirini qəbul edib

Siyasət
Bu gün, 11:42

Litvanın Baş naziri Bakıda şəhidlərin xatirəsini anıb

Bütün Xəbərlər
Bu gün, 11:24

Anatoli Banişevskinin yubiley poçt markaları dövriyyəyə buraxılıb

Bütün Xəbərlər
Bu gün, 09:18

Bakıda 6 narkokuryer saxlanılıb, 72 kq narkotik dövriyyədən çıxarılıb

Cəmiyyət
Dünən, 17:35

İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib

Bütün Xəbərlər
Dünən, 17:26

Çəhrayı arena, gimnastlarla məşq və Avropa Çempionatının startı - Portuqaliyadan REPORTAJ

Bütün Xəbərlər
Dünən, 16:32

TƏBİB-lə bağlı müəmmalara son - Rəhbərliyə surpriz təyinat

Cəmiyyət
Dünən, 14:13

SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik olub

Bütün Xəbərlər
Dünən, 13:05

Həftəsonu 52 mindən çox şagird buraxılış imtahanı verəcək

Bütün Xəbərlər
Dünən, 13:00

Bakı metrosu xətlərin ayrılması zamanı sərnişin sıxlığını aradan qaldırmaq üçün tədbirlər görəcək

Bütün Xəbərlər
Dünən, 11:29

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərini qəbul edib

Siyasət
Dünən, 11:09

Azərbaycan XİN ABŞ ilə İran arasındakı atəşkəsi alqışlayır

Bütün Xəbərlər
Dünən, 09:11

FHN gözlənilən küləkli havaya görə əhaliyə müraciət edib

Cəmiyyət
07 aprel 2026, 16:42

Azərbaycanın ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olan şəxslər təltif edilib - SİYAHI

Cəmiyyət
07 aprel 2026, 16:18

Dini başörtüyünün ləğvi ilə bağlı yaydığımız məlumatla əlaqədar AÇIQLAMA

Bütün Xəbərlər
07 aprel 2026, 16:14

Mustafa Çiftçi: İstanbuldakı atışmada bir şübhəli öldürülüb, hücum edənlərin şəxsiyyəti müəyyənləşib

İdman
07 aprel 2026, 15:20

Olimpiya mükafatçısı Azərbaycan millisinin Avropa çempionatındakı heyətinə daxil edilməyib

Siyasət
07 aprel 2026, 14:47

Prezident İlham Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokurorunu qəbul edib

Bütün Xəbərlər
07 aprel 2026, 13:11

Sabah Bakıda 17, rayonlarda 23 dərəcə isti olacaq - PROQNOZ

Bütün Xəbərlər
07 aprel 2026, 10:57

Səmada 34 il: AZAL yaranma tarixini qeyd edir

Oxşar xəbərlər