“Gündə 3-4 fincan (710-950 ml) çay qəbul etmək əksər insanlar üçün təhlükəsizdir”.
O bildirib ki, bir orta fincan çayda (240 ml) kofeinin miqdarı növündən və dəmləmə üsulundan asılı olaraq 11-61 mq arasında dəyişir.
Həkim qeyd edib ki, orqanizmdə kofein artıqlığı yuxu pozğunluğu, narahatlıq və təşviş hissi, baş ağrısı və başgicəllənmə kimi əlamətlərlə özünü göstərə bilər.
"Araşdırmalar göstərir ki, gündə 200 mq-dan az kofein dozası əksər insanlarda əhəmiyyətli narahatlıq hissi yaratmır, lakin hətta bu qədər miqdar yatmazdan 6 saat əvvəl qəbul edildikdə yuxunun keyfiyyətini poza bilər", - deyə o, sözlərini yekunlaşdırıb.