HƏMAS döyüşçüləri xəstəxanada baş verən partlayışda İsrailin əlinin olmadığını etiraf ediblər. Bu barədə İnsanoid İsrail Müdafiə Ordusuna istinadən bu gün, 18 oktyabr tarixində xəbər verir.
İsrail ordusu oktyabrın 17-də Qəzzada Əl-Əhli xəstəxanasına düşən “İslami Cihad” qruplaşmasına məxsus raketin uğursuz buraxılması ilə bağlı Həmas üzvləri arasında söhbətin səs yazısını dərc edib.
Səs yazısındakı iştirakçılardan biri qeyd edir: “Ya Rəbb, o, (raket) başqa yerdə partlaya bilməzdi?”
Həmin səs yazısını sizə təqdim edirik:
[video width="1920" height="1080" mp4="https://insanoid.com/storage/thumbs/large/2023/10/Sequence-021.mp4"][/video]