Hindistanın tanınmış rejissoru Maqij Tirumenin hazırda Bakıda çəkdiyi “Vidaamuyarçi” filmi sosial şəbəkələrdə marağa səbəb olub.
Bu barədə İnsanoid Report-a istinadən bu gün, 19 dekabr tarixində xəbər verir.
Məşhur aktyor Ajit Kumarın Azərbaycandakı pərəstişkarları filmin çəkilişlərini, habelə ekran əsəri ilə bağlı yenilikləri maraqla izləyirlər.
Döyüş trilleri kimi təqdim edilən bu film Ajit Kumarın rejissor Maqij Tirumenin rəhbərliyi altında növbəti filmi olacaq.
İnternetdə aktyorun “Vidaamuyarçi” filminin çəkilişləri zamanı pərəstişkarları ilə görüşünü əks etdirən videosu xeyli sayda kino həvəskarı tərəfindən izlənilib. Filmin Azərbaycandakı çəkilişləri gələn il yanvarın sonuna kimi davam edəcək.
“Lyca Productions” tərəfindən istehsal olunan film gələn ilin Divali festivalında möhtəşəm buraxılış üçün nəzərdə tutulub və çəkilişlər 2024-cü ilin əvvəlində başa çatacaq. Filmdə Hindistanın bir sıra tanınmış digər sənətkarları da çəkilir.
Ajit Kumar oktyabr ayından Azərbaycanda "Vidaamuyarçi" filmində çəkilir. Çəkilişlərin bundan sonra 70 gün davam edəcəyi gözlənilir.
Filmin bəstəkarı Anirud Raviçander, operatoru Nirav Şah, montajçısı N.B.Şrikantdır.
Hindistanın tanınmış aktyorlarından olan 52 yaşlı Ajit Kumar indiyədək 41 filmdə çəkilib.
![]()