Hindistan hökuməti peyk spektrinin hərrac yolu ilə deyil, inzibati qaydada ayrılması qərarını verib.
"BBC" xəbər verir ki, bu, beynəlxalq normalara uyğun hesab edilir və "Starlink"in bazara daxil olmasına şərait yarada bilər.
![]()
Dünyanın tanınmış milyonçularından olan Mukeş Ambaninin "Reliance" şirkəti isə ədalətli rəqabəti təmin etmək üçün hərrac tələb edir, peyk və yerüstü xidmətlər arasındakı fərqin azaldığını vurğulayır. İlon Mask "X" platformasında bildirib ki, Ambaniyə zəng edib Starlink-in Hindistanda rəqabətə girməsinə icazə verməsini soruşacaq.
![]()
Ambani, spektr hərracı ilə Starlink-i bazardan kənarlaşdırmağa çalışa bilər.