İngiltərə millisinin AVRO2024-dəki oyunlarına baxsaq, bir çox oyunçuların corablarında dəliklər olduğunu görərik. Bu barədə İnsanoid bu gün, 13 iyul tarixində xəbər verir.
Oyunçuların corablarındakı deşiklər dəbə uyğun cırıqlar deyil. Bəzi futbolçular düşünürlər ki, həmin deşiklər əslində meydanda onlara qələbəni təmin edə bilər.
Fizioterapevt Niki de Leona deyir ki, oyunçular "əzələlərinə, xüsusən də baldırlarına qan axınını artırmaq" üçün corablarında deşiklər açırlar, bu da onların meydanda cəld hərəkətini təmin edir.
Niki de Leon deyir ki, bu dəliklər oyunçulara məhdudiyyətlər olmadan çıxış etməyə imkan verir, baldır əzələlərinə təzyiqi azaldır. Ən yaxşı idmançılar həmişə "əlavə üstünlük" əldə etmək istəyirlər.